Paytaxtın Nəsimi rayonu, Ə Quliyev küçəsi, məhəllə 342, bina 5 ünvanında çoxmərtəbəli yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Araşdırma zamanı məlum olub ki, onbirmərtəbəli binanın lifti təhlükəsizlik tələblərinə riayət olunmadan istifadə olunur və hər an faciəyə səbəb ola bilər.
Bununla bağlı liftin fəaliyyəti dayandırılıb, bina sahibi - “Fortuna 1” MTK qarşısında məsələ qaldırılıb. Lift dəyişdirildikdən sonra istifadəyə icazə veriləcək.
[URIS id=84772]