Bakının Nəsimi rayonu, Azadlıq prospektində, Bakı Slavyan Universitetinin binasına yaxın ərazidə yaşıl ağac kəsilib. Bu haqda məlumat bu gün, 4 iyun tarixində sosial şəbəkələrdə yayılıb.
Əvvəlcə yaxınlıqdakı yeni tikilinin 1-ci mərtəbəsində yerləşən obyektlərin və mağazaların rahatlığı üçün piyada səkisi yarıya qədər daraldılıb, daha sonra isə ağac da kəsilib və ərazi parkinqə çevrilib.
Bildirilir ki, hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət göndərilib.
[URIS id=47293]