Bakıda daha bir əl işləri sərgisi keçiriləcək. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az “Muna Fest”ə istinadən xəbər verir.
“Paxlava Bazaar” adlı yarmarka çərçivəsində əldə düzəlmiş aksesuarlar, şamlar, kitablar və digər müxtəlif hədiyyələr, eləcə də Novruz şirniyyatları təqdim olunacaq.
Sərgidə iştirak etmək istəyənlər üçün qeydiyyat davam edir.
Tədbir 19 mart saat 12:00-19:00 arası “Passage 1901”də keçiriləcək. Giriş sərbəstdir.