Bakıda yerləşən çörək istehsalı sexlərində yoxlamalar aparılıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Aparılan monitorinqlər zamanı paytaxtın Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ.Dadaşov küçəsi, ev 68a ünvanında yerləşən “Magnat Group" MMC-yə məxsus çörək istehsalı sexində nöqsanlar aşkar edilib.
Həmin müəssisənin rəhbərliyi məsuliyyətə cəlb olunub və onlara nöqsanları aradan qaldırmaları üçün müvafiq tapşırıqlar verilib.