Bu günlərdə sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı kobud rəftar və şiddət göstərildiyi barədə videogörüntü yayılıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti açıqlama verib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Kadrlarda tərbiyəçi balaca qıza qışqıraraq fiziki təzyiq göstərir və valideynlərini qeyri-etik ifadələrlə söyür.
Məsələ ilə bağlı DİN-dən bildirilib ki, həmin video 3 il əvvəl çəkilib: “Həmin video Nizami rayonu 264 nömrəli uşaq bağçasında çəkilib və görüntülər 3 il əvvələ aiddir. Həmin vaxt isə zəruri tədbirlər görülüb”.