Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin (keçmiş 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbi) şagirdləri məktəbi bitirdikdən yarım əsr sonra doğma təhsil ocağının divarlarına baş çəkib, sinif rəhbəri Tahirə xanım Ağayeva ilə görüşüblər. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az İTV-yə istinadən məlumat verir.
Məktəbin həyətində görüşən 15 kişi bildirib ki, 1973-cü ildə məzun olublar. İndi də, 50 il sonra 85 yaşlı müəllim tələbələri haqqında çox şeyi xatırlayıb və onların görüşü inanılmaz dərəcədə təsirli bir atmosferdə keçib.