Bülbülə qəsəbəsi 208 nömrəli məktəbin ibtidai sinif müəllimi Şəmsiyyə İsmayılova müəllimlərin sertifikasiya imtahanında 35 dəqiqəyə 54 bal toplayıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
"İmtahan çox şəffaf şəkildə keçdi. Çox razıyam. İxtisasdan kənar suallar deyildir və yüksək nəticə topladım. Ümumiyyətlə, bu proses müəllimlərin öz üzərində işləməsinə şərait yaradır. Ümid edirəm, digər imtahan verən müəllimlər də yüksək nəticə əldə edəcəklər", - deyə İsmayılova bildirib.