Bakı məktəblərində fevralın 24-ü və 25-i Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırım şahidləri və qurbanlarının ailə üzvləri ilə görüşlərin təşkili nəzərdə tutulur.
Məktəblərdə ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.