Bakı məktəblərində peşə təmayüllü siniflər yaradılıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir.
Belə ki, son dərs ilində paytaxtda yerləşən 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302 və 321 nömrəli təhsil müəssisələrində peşə təmayüllü siniflər təşkil edilib.
Layinənin məqsədi təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi və əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.