Bakının 2 rayonunda qaz kəsilib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Yüksəktəzyiqli magistral qaz kəmərinə quraşdırılmış siyirtmədə görüləcək təmir işləri ilə əlaqədar bu gün gün ərzində Binəqədi və Nəsimi rayonlarının bir hissəsdə qazın verilişi dayandırılacaq.
Fasilələr olan ərazilər aşağıdakı kimidir:
– Binəqədi rayonu: 6, 8, 9-cu mikrorayonlar, Xutor qəsəbəsi, Vorovski yaşayış massivi, Biləcəri qəsəbəsinin bir hissəsi, Natavan, Qabil Süleymanov, Rəşid İsmayılov, Yəhya Hüseynov, Şevçenko və Tolstoy küçələri ətrafında, Motodrom yaşayış massivi ərazisi;
– Nəsimi rayonu: 1, 2, 3, 4-cü mikrorayonlar, 1 və 2-ci Alatava, 20 Yanvar, A.Məhərrəmov küçələri, H.Əliyev prospekti.