Bakının Nəsimi rayonu, Səməd Vurğun parkının yaxınlığında müxtəlif təmir işləri aparılır. Bu haqda bu gün, 18 iyun tarixində Bakuplus.az məlumat verir.
Puşkin küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində yol nişanlanması, eləcə də silinmiş piyada zolaqları bərpa olunur. Bununla əlaqədar olaraq yolun bu hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.
Həmçinin həmin ərazidə, Səməd Vurğun parkının qarşısında, Dilarə Əliyeva küçəsində müşahidə kamerasının quraşdırılması üzrə işlər aparılır. Həmin kamera küçə boyu dayanma-durma qaydalarının pozulmasını qeydə alacaq.
[caption id="attachment_49009" align="alignnone" width="800"]
Foto BakuPlus.az[/caption]