Paytaxtın Nəsimi rayonu, Azadlıq prospektinin bir hissəsində avtomobil yolları təmir olunub. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Nəsimi rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Prospektin Sahib Zeynalov küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər olan hissəsinə asfalt örtüyü vurulub, yeni nişanlanma xətləri çəkilib, eləcə də, kanalizasiya sistemi təmir olunub.
Hazırda rayonun digər prospekt və küçələrində asfaltlanma və abadlıq işləri davam etdirilir.
[caption id="attachment_45674" align="alignnone" width="800"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]