14 dekabr saat 11:00-da paytaxtın Sabunçu rayonunda vətəndaşlara ağac tingləri paylanacaq. Bu haqda bu gün, 13 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Aksiya Bakıxanov qəsəbəsində yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunacaq.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” proqramının birgə təşkilatçılığı ilə keçiriləcək.
Bundan əvvəl, aksiya 7 dekabr tarixində Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində təşkil olunmuşdur.