Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakinləri küçə boyu kanalizasiya suyunun axmasından şikayətlənirlər. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az məlumat verir.
Sakinlərin sözlərinə görə, B.Bünyadov küçəsində yerləşən 60 saylı marşrutun dayanacağı ərazisində neçə aydır ki, küçə boyu kanalizasiya suyu axır. Nəticədə üfunətli qoxuya görə dayanacaqda dayanmaq mümkün olmur.
Hava isti olduğundan, qoxu daha da güclənir və bu, vəziyyəti bir az da pisləşdirir. Sərnişinlər qoxudan yayınmaq üçün avtobusu dayanacaqdan kənarda gözləyirlər. Bu isə avtobus sürücülərinin narazılığına səbəb olur.
Yerli sakinlər bildirir ki, kanalizasiya xəttinin sızması qış aylarından müşahidə olunur.
[caption id="attachment_54285" align="alignnone" width="800"]
Foto BakuPlus.az[/caption]