Son günlər Bakı metropoliteni qatarlarında problemlər yaranır.
Bakuplus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, qatar stansiyalara çatdıqda səsləndirmə zamanı qarışıqlıq baş verib. Metronun “Qara Qarayev” stansiyasına çatan qatarda “Koroğlu” stansiyası olduğu qeyd edilib.
Məsələ ilə bağlı Bakuplus.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, güman ki, maşinistin səhvidir:
“Bunun montaj olub-olmadığı bilinmir. Çox böyük gümanla maşinistin səhvidir. Yəni bir stansiyanın adını səsləndirdikdən sonra yanlışlıqla digər stansiyanın da adını səsləndirib. Hazırda araşdırılır. Normativ tələblərə uyğun araşdırılıb, fakt aşkarlandıqdan sonra tənbeh tədbirlər görüləcək”.
Fidan İlqar