Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
Bakuplus.az xəbər verir ki, DYP-nin Dövlət Ekoloji Nəzarət Postunun yaxınlığında qeydə alınan hadisənin videogörüntüləri sosial şəbəkədə yayımlanıb.
Şahidlərin sözlərinə görə, Yol Patrul Xidmətinə (YPX) məxsus “BMW” markalı avtomobil ilə 10-TM-138 dövlət nömrə nişanlı “BMW” markalı maşın toqquşub.
Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı ölən olmayıb. Lakin yaralıların olub-olmaması ilə bağlı hələlik məlumat verilməyib.