Yeni il ilə bağlı Bakıda müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Baki-baku.az xəbər verir ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri yekunlaşıb.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər və Azərbaycan prospektləri, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri də bayramla bağlı bəzədilir.
“Azneft” dairəsində isə Yeni il şam ağacı kompleksi yaradılıb.



