Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli “Embraer 190” təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycanda 26 dekabrda matəm elan olunub.
Bakuplus.az məlumat verir ki, bununla əlaqədar Bakı şəhər sakinləri saat 12.00-da bir dəqiqəlik sükutla vəfat edən şəxslərin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, sükut dəqiqəsi zamanı nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalı verilib.