"Bakı Şəhər əsaslı Tikinti və Təmir” MMC Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Marja.az xəbər verir ki, qalib şirkət binaların uçurulma metodu ilə sökülməsi, ekskavatorla inşaat tullantısının özüboşaldan maşına yüklənməsi və 15 km məsafəyə daşınması, torpağın töküntü yerində işlərin yerinə yetirilməsi və s. işləri həyata keçirəcəkdir.
Ehtimal olunan qiymət 38 milyon manatdır.
Təkliflərin son təqdim olunma tarixi 23.12.2024-cü ildir.
