top
Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu - Milli Qəhrəmanın qohumu da zərərçəkəndir
16 dekabr 2024, 03:00
- ↺ +

Bakıda çox sayda insanı aldatdı, Makedoniyada tutuldu - Milli Qəhrəmanın qohumu da zərərçəkəndir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə inandırıb, xeyli sayda şəxsin külli miqdarda vəsaitini mənimsəyən "Smart Business Group" adlı şirkətin təsisçisi Xəlilov Anar Tapdıq oğluna hökm oxunub.

Qaynarinfo.az xəbər verir ki, 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş Anar Xəlilovun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, 50-yə yaxın şəxsi ABŞ və Türkiyədə ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ölkələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə onları aldadıb.

Ən çox zərərçəkmiş şəxslər Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetində təhsil almaq üçün pul verən şəxslər olub.

Zərərçəkmişlərdən biri də Milli Qəhrəman Rasim Kərimovun qardaşı oğlu, muğam müsabiqəsinin laureatı Əlfəddin Kərimovdur. Belə ki, təqsirləndirilən şəxs onun və həyat yoldaşı Aşiqə Kərimovanın 85045 manat pulunu mənimsəyib. Anar Xəlilov özünü zərərçəkmişlərə Azər Əliyev kimi təqdim edib. O, Aşiqə Kərimovanı Ondokuz Mayıs Universitetində "Güzel Sanatlar" ixtisasına qəbul etdirəcəyini, həmən pula İstanbul şəhərində ev alacağına söz verib. Amma sonradan cütlük Anar Xəlilovun dələduzluğu əməlinin qurbanı olduğunu anlayıb.

Şimali Makedoniyada tutularaq Bakıya gətirilən Anar Xəlilov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, pandemiya səbəbindən işləri alınmayıb:

"Rəhbərlik etdiyim şirkətdə bəzi günlər 30-a yaxın müqavilə bağlayırdım. Pandemiya başladıqdan sonra tələbələrlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyim üçün bir gün ərzində 270 min dollar pulu geri qaytardım".

Bildirib ki, özünü Amerikada "Social security" kartı, Türkiyədə yaşayış icazəsi və Kanadada daimi yaşamaq icazəsi var, yəni dələduzluq etmək istəsəydi, həmin pulları alıb, rahatlıqla bu ölkələrə qaça bilərdi.

Məhkəmənin qərarı ilə Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrum olunub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər