Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.
Bakuplus.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Yüksək temperaturdan sanitar qovşağının lambirdən ibarət tavanı 8 m² sahədə qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.