top
Bakıda falçı müharibədən qoruma cadusu üçün 32 min aldı 
20 noyabr 2024, 03:49
- ↺ +

Bakıda falçı müharibədən qoruma cadusu üçün 32 min aldı 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda falçı qadın iki həmcinsini ağlasığmaz şəkildə aldadıb.

Qafqazinfo.az xəbər verir ki, falçılıqla məşğul olan Nuridə (ad dəyişdirilib - red.) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilib. “Bandotdel” tərəfindən tutulduqdan sonra məhkəmə qərarı ilə həbs edilib. Lakin iki ay sonra ev dustaqlığına çıxa bilib.

Sözügedən falçı müştərilərini başlarına gələcək hər cür bədbəxt hadisələrdən qorumaq adı ilə onlardan ümumilikdə 75 min manat alıb.

Onun əməllərindən zərər çəkənlərdən biri Ukrayna vətəndaşıdır. Anastasiya ali təhsillidir, xeyli müddətdir Bakıda yaşayır. Onu falçı ilə rəfiqəsi tanış edib. Elə zərərçəkmişin digəri də odur.

Anastasiya falçıya üz tutmasının səbəbini mənəvi cəhətdən iztirablara məruz qalması ilə əlaqələndirir. Deyir ki, ailə üzvləri ilə arasının pisləşməsi, həmçinin azyaşlı övladının səhhətindəki səbəbsiz problemlər onun psixologiyasına pis təsir edib. Bütün bu problemlərlə üz-üzə olduğu bir vaxtda rəfiqəsi ona falçıya getməsini təklif edib.

İlk tanışlıq günü falçı Anastasiyanın üzünə baxan kimi onun üzərində qara qüvvələr olduğunu, dərhal təmizlənməsinin vacibliyini deyib. Qadın ilk rituallar üçün falçı Nuridəyə 8 min manat pul verib.

Bununla da baxıcı onu ələ alaraq növbəti planlarını işə salıb. Sonrakı seansda falçı zərərçəkmişi elə sözlərlə aldadıb ki, ukraynalı inanıb.

O, Anastasiyaya guya Ukraynada yaşayan qohumlarını müharibə təhlükəsi gözlədiyini, onları müdafiə etmək üçün də cadular edilməli olduğunu deyib. Qorunma ritualına başlamaq üçün də xaricdən xüsusi bir güllə alınması vacib imiş. Güllənin alınması zərərçəkmişə 4 min manata başa gəlib. Bundan sonra Anastasiya Ukraynadakı yaxınlarını qorumaq məqsədilə üç ay ərzində falçıya gündəlik olaraq azı 50-100 manat məbləğində pul verib. Bu pul müxtəlif vaxtlarda günə 600-700 manat olub. Ümumilikdə falçı “mühafizəsi”ona 32 min manata başa gəlib.

Anastasiyanın sözlərinə görə, elə ovsunlanıb ki, bütün dost-tanışından da ayrılıb: “Məni elə gipnoz etmişdi ki, heç kimlə münasibət qurmurdum. Hamıdan kənarlaşmışdım. Ondan başqa kimləsə əlaqədə olmağa qadağa qoymuşdu. Hətta məni həyat yoldaşımdan da uzaqlaşdırmaq istəyirdi. Deyirdi ki, sənə ölümcül cadunu elə ərin edib. Elə bir vəziyyət yaranmışdı ki, ondan tam asılı hala düşmüşdüm. Təsəvvür edin, elə etibarım yaranmışdı ki, bank kartımın kodunu onun təvəllüdünü qoymuşdum. Bundan əlavə, bütün xərclərini mən qarşılayırdım”.

İş o yerə çatıb ki, falçı zərərçəkmişə yaxşı xidmət göstərməsi üçün ondan yeni ev almasını istəyib. Zərərçəkmiş buna da inanıb. Ev almaq üçün “Porsche” markalı avtomobilini saytlarda satışa qoyub. Məhz bundan sonra Anastasiyanın ailəsi olanlardan xəbər tutub.

Onun falçıya müharibənin dəhşətlərindən qorunma və digər cadu-pitilər üçün 53 min manatdan artıq pul verdiyi ortaya çıxıb. Ailəsinin dəstəyi nəticəsində ukraynalı xanım aldanıldığını dərk edərək polisə şikayət edib.

Təqsirləndirilən şəxsin həm Anastasiya, həm də digər zərərçəkmişlə görüş üçün seçdiyi yer də maraqlıdır. Belə ki, Nuridə onlardan pulu dəfələrlə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısındakı parkda alıb. Sanki bu işin sonunun onu elə həmin məhkəməyə gətirəcəyini də bilirmiş...

Təqsirləndirilən falçının digər qurbanı Həcərdir (şərti). Həcər də rəfiqəsi Anastasiya kimi ali təhsillidir. Nuridəni üç ildir tanıyan qadın mütəmadi olaraq onun yanına gəlib-gedib.

Həcərin sözlərinə görə, baxıcı onun falına baxaraq ölümü üçün cadu edildiyini, “kəfəndəndönmə” ritualı icra etməli olduğunu deyib. Bu məqsədlə qara toyuğun yumurtalarının lazım olduğunu bildirib. Həmçinin başqa ailə üzvlərinin də “təmizlənməli” olduğunu deyərək təkrar-təkrar ondan pul alıb: “Məni inandırmışdı ki, hər ritual zamanı yeni düyünlər çıxır, bunun da təmizlənməsi əlavə xərc tələb edir. Anamın və qardaşlarımın sağlamlığı üçün ceyran dərisinin üstünə ərəb hərfləri yazılmış qoruyucu düzəldib vermişdi. Hər qoruyucu üçün məndən 600 manat alırdı”.

Zərərçəkmiş falçıya xidmətləri üçün ümumilikdə 21 min 500 manat pul verib.

İstintaq vaxtı müstəntiq zərərçəkmişləri ayrı-ayrılıqda təqsirləndirilən şəxslə üzləşdirib. Onlar hər şeyi falçının üzünə deyərək onu ifşa ediblər. Təqsirləndirilən falçı isə ittihamların heç birini qəbul etmir. O, zərərçəkmişlərdən xidmət haqqı kimi cəmi 300-400 manat pul aldığını deyir.

İş üzrə ilkin istintaq bu yaxınlarda tamamlanıb. Yaxında məhkəmə araşdırması başlayacaq. Təqsiri sübuta yetirilərsə, xanım müttəhim 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər