Bakıda 5500 manata şam ağacı satılır.
Ölkəmizə şam ağacları əsasən Çin, Rusiya və Türkiyədən gətirilir. Sakinlərin sözlərinə görə, Yeni il aksesuarlarının qiyməti əl yandırır.
Belə ki, şam ağaclarının qiyməti 7 manatdan 5500 manatadək dəyişir.
Aksesuarların qiyməti isə 4 manatla 40 manat aralığındadır. Oyuncaq şaxta babalar 15 manatdan 350 manatadək satılır.
ATV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: