top
Bakıda kişi 12 yaşlı oğlana qarşı SEKSUAL HƏRƏKƏTLƏR ETDİ
23 noyabr 2024, 07:00
- ↺ +

Bakıda kişi 12 yaşlı oğlana qarşı SEKSUAL HƏRƏKƏTLƏR ETDİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mənə dedi ki, bir nəfər ona pul verdiyi üçün seksual hərəkətlər edib”.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında evə gəlməyən arvadını boğub öldürməkdə təqsirləndirilən Adil Qafarov (ad şərtidir) deyib.

Belə ki, 1987-ci il təvəllüdlü Adil Qafarov maşınla Mərdəkan qəsəbəsinə gəlib, orada yerləşən “Bravo” marketin qarşısında təsadüfən 2012-ci il təvəllüdlü Nicat Əsgərov (ad şərtidir) ilə tanış olub. Nicata həmin marketdən içmək üçün istədiyi suyu alıb. Daha sonra maşına oturdub Şüvəlan qəsəbəsinə apararaq, tənhalıq yerdə seksual hərəkətlər edərək, cinsi əlaqədə olub.

Sonra uşağın əlaqə nömrəsini alaraq bir müddət ondan istifadə edərək, seksual hərəkətlərə davam edib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (uşaqbazlıq və seksual xarakterli hərəkətlər) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Adil Qafarova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində deyib:

“19 fevral 2024-cü il tarixində Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldım. Heç kimə münasibətdə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməmişəm. Evli qadınla yaxınlıq etməyim səbəbindən tutulmuşam. “Bravo”nun qabağında da uşaq dilənirdi və su almağımı istədi. Bu qədər, sonra bu ittihamlarla tutuldum”.

Adil Qafarovun məhkəmədəki ifadəsi ilə istintaqdakı ifadəsi ziddiyyət təşkil edib. Adil istintaqdakı ifadəsində etdiyi əməli boynuna alıb. İfadəsində göstərib ki, marketə daxil olan zaman marketin qapısının qarşısında azyaşlı oğlan uşağını görüb, ondan marketin qarşısında nə işlə məşğul olduğunu soruşub. Uşaq ona marketə daxil olan müştərilərdən pul istədiyini deyib. O, uşağa marketdən içmək üçün su alıb. Söhbət zamanı Nicat ona əvvəllər bir nəfər şəxsin ona pul verərək seksual hərəkətlər etdirdiyini deyib. Həmin sözündən sonra onda maraq yaranıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Nicat Əsgərov ifadə verərək deyib:

“Parka gedəndə Adil avtomobilinin nasaz olduğunu dedi. Ona kömək etməyimi bildirdi. Sonra mənə “sok” alıb verdi. Daha sonra maşınla məni bir yerə apararaq seksual hərəkətlər etməyə başladı. Mənə pul verərək, maşınını sürməyə icazə verdi”.

Məhkəmədə şahidlər və zərərçəkmiş tərəflər ifadə verib. Verilən ifadələr və aparılan araşdırmalarla Adil Qafarov cinayətdə təqsirli bilinib.

Sonda məhkəmənin yekun qərarı ilə Adil Qafarov 17 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Fidan İlqar

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər