Bakıda və Abşeron yarımadasının bəzi yerlərində leysan olacaq.
Bakuplus.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, paytaxtda dekabrın 6-dan 7-si gündüzədək arabir yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir.