Ötən ay Bakıda mənzil bazarında da qiymət artımları davam edib.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend.az-a verilən məlumata görə, oktyabr ayında fərdi evlərdə və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 1.7 faiz artıb.
Yaşayış binalarında və eləcə də qeyri-yaşayış sahələrində əvvəlki aylara nisbətən artım qeydə alınıb. Qeyri-yaşayış sahələrində 1.4 faiz aylıq qiymət artımı müşahidə olunub.
Yaşayış evlərində isə qiymətlər 0.6 faiz yüksəlib. Yaşayış mənzillərinin kirayə qiymətləri daha çox artıb - 2.8%.