Bakıda bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib.
Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər 2 faktla bağlı araşdırma aparılır.