Dekabr ayı toylarla zəngin aydır. Bu il isə dekabr üçün sifarişlərin sayı daha çoxdur.
Xezerxeber.az xəbər verir ki, şadlıq evi işlədənlər belə bildirirlər.
Restoran işlədənlərin sözlərinə görə, əslində şadlıq evlərində zəif və mövsüm ayları var. 2 ay məhərrəmlik, orucluq və may ayını çıxandan sonra yerdə qalan 8 ayın 4-ü zəif, 4-ü isə yaxşı aydır. Bu ilin dekabrı digərlərindən fərqlənərək daha yaxşı ay hesab olunacaq.