Bakıda fəaliyyət göstərən “İnci” şadlıq sarayı təmirə bağlanıb.
Bu barədə Milli.az-a şadlıq sarayından məlumat verilib.
Qeyd olunub ki, şadlıq sarayın aid olduğu MMC ilə bağlı müəyyən hüquqi prosedurlar icra olunub. Şadlıq sarayının bağlanmasından isə söhbət getmir.
"Şadlıq sarayında hazırda təmir işlər aparılır. Ən geci dekabrın 20-ə qədər təmir tam yekunlaşacaq, şadlıq sarayı daha gözəl görkəm alacaq. Təmirdən sonra obyekt tam fəaliyyətə başlayacaq. Artıq Yeni İl proqramı da hazırlanıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şadlıq sarayının qanuni təmsilçisi Orucov Cavid Nizami oğludur.