Bakıda yeni yol nişanları quraşdırılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rəsmi məlumat yayıb.
Məlumata görə, paytaxtın Afiyəddin Cəlilov küçəsi, 8 Noyabr və Mətbuat prospektlərində 127 ədəd yol nişanı, Bülbülə və Əmircan qəsəbələri yaxınlığında 9 ədəd məlumatverici lövhə quraşdırılıb.
Bildirilib ki, bütün bu yeniliklər hərəkət iştirakçılarına daha rahat və təhlükəsiz bir mühit yaratmağı hədəfləyir.