Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub.
Report.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
***
09:04
Azərbaycanın Respublikasının Xalq rəssamı Tofiq Ağababayev 97 yaşında vəfat edib.
Bakuplus.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Xalq rəssamı ilə vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində olacaq.
Qeyd edək ki, "Şöhrət" ordenli Tofiq Ağababayev Bakı şəhərinin ilk baş rəssamı olub.