Binəqədi rayonunda yerləşən “Baksol bazarı” köçürülə bilər. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Baksol yolunda yerləşən və tikinti materialları satılan bazar şəhərin mərkəzinə yaxın olduğundan və buraya çoxlu sayda yük avtomobilləri gəldiyindən ərazidə güclü sıxlıq yaranır. Bu səbəbdən də bazarın daha uyğun məkana köçürülməsi ehtimalı yaranır.
Hazırda Sədərək Ticarət Mərkəzinin yaxınlığında böyük tikinti materialları bazarı inşa olunur. Yeri və geniş ərazisi nəzərə alınsa, bazarın buraya köçürülməsi istisna deyil.
Ekspertlərin sözlərinə görə, bu kimi böyük bazarların şəhərdən qıraqda olması daha düzgündür. Bu həm şəhərin tıxacını yüngülləşdirəcək, həm də sahibkarlar üçün malların daşınmasında rahatlıq olacaq.