Balaxanı və Ramana küçələrindəki bədii döymə sənətinə aid nümunələr bir çoxlarının diqqətini çəkir.
Bakuplus.az xəbər verir ki, bu nümunələr bir sənətkarın əl işləridir. Yerli sənətkarların əl işlərinin alınması və abadlaşdırmada istifadə edilməsi artıq ənənə halını alıb.
Bununla kəndlərdə sakinlər daim sənət əhatəsində olur, yeni nəsil - uşaqlar, gənclər yaradıcılığa təşviq edilir və müasir abadlıqla tarixi elementlər ahəngdar şəkildə birləşdirilir.
Bu məqsədlə Bakı Abadlıq Xidmət abadlıq işləri zamanı bədii döymə ustası, 40 illik sənət təcrübəsi olan Əzizbala Dadaşovun əsərlərindən faydalanıb.
Balaxanılı rəssamın unikal əl işləri bu qəsəbələrin küçə və döngələrini bəzəyərək tarixi və mədəni irsi vurğulayır.