“Şəkər xəstəsi idim, görünür, bir az da özüm laqeyd yanaşdım. Yeni ürək köçürülməlidir, başqa nə deyim… Bütün işlərim yarımçıq qaldı. Əsas özüm sağalım, o da düzələr”.
Bakuplus.az xəbər verir ki, bu sözləri Kulis.az-a müsahibəsində uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli səsləndirib.
“Özüm özümlə danışıram. Nə dildə danışıram, bilmirəm. Mənimlə ikimizin arasında olur. Özümlə dava edirəm. Başı daşdan daşa dəymiş adam necə olur? Peşman olmuşam. Günahı ancaq özümdə görürəm. Hərəkətsizlik, düzgün olmayan qidalanma, yuxusuzluq, nəticə etibarilə gəldi belə oldu” – deyə meyxanaçı bildirib.
Müsahibəni təqdim edirik: