top
Başqa kişi ilə şəkillərini tapdı, 11 bıçaq zərbəsi ilə öldürdü - MƏHKƏMƏDƏN VİDEO
11 dekabr 2024, 05:31
- ↺ +

Başqa kişi ilə şəkillərini tapdı, 11 bıçaq zərbəsi ilə öldürdü - MƏHKƏMƏDƏN VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə gözəllik salonunda işləyən arvadını öldürən Bəxtiyar Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Lent.az xəbər verir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Samirə Həsənova prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatətini belə izah edib ki, mərhum bacısı qızı, təqsirləndirilən şəxs isə qardaşı oğludur. Qısa müşavirədən sonra hakim bildirib ki, vəsatət əsassız olduğundan təmin olunmayıb.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Məlum olub ki, avqustun 15-də Bəxtiyar Vəliyev həyat yoldaşı Xumar Həsənlinin mobil telefonunda onun tanımadığı şəxslə birlikdə olan şəklini görüb. Arvadını qətlə yetirmək məqsədi ilə ayın 16-ı saat 23:30-da Zabrat qəsəbəsində yerləşən “Rahat market”dən mətbəx bıçağı alıb. Övladları ilə birgə idarə etdiyi “Nissan” markalı avtomobillə arvadının işlədiyi gözəllik salonuna gələrək, onu götürüb. Birlikdə qayınanası Samirə Həsənovanın evinin qarşısına gəlib, uşaqlarını içəri yola salıblar. Maşında yoldaşının mobil telefonunu götürüb, yenidən onunla fotoşəkili və videogörüntüləri olan şəxsin kimliyini soruşduqda, Xumar Həsənli cavab verə bilməyib və avtomobildən enib. Bundan qəzəblənən Bəxtiyar Vəliyev də maşından çıxaraq, darvazanın qarşısında qadını saxlayıb. Döş qəfəsinə və bədəninin digər nahiyələrinə ümumilikdə 11 dəfə bıçaq zərbəsi vurub. Aldığı xəsarətlərdən zərərçəkmiş Sabunçu Tibb Mərkəzində ölüb.

Bəxtiyar Vəliyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesi 15 yanvar 2025-ci il tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, bu il avqustun 17-də Xumar Həsənlinin (1999-cu il təv.) aldığı bıçaq xəsarətlərindən 3 saylı şəhər klinik xəstəxanasında ölməsi barədə 12-ci polis şöbəsindən Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Həmin gecə cinayəti törədən mərhumun əri Bəxtiyar Vəliyev saxlanılaraq, istintaqa təhvil verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər