Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisə Bayıl qəsəbəsində yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin qarşısında baş verib.
Bildirilir ki, “Şkoda” markalı avtomobil “Opel” markalı maşının arxa hissəsinə çırpılıb.
İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Ancaq avtomobillərə ziyan dəyib.