Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisə Əhəd Yaqubov küçəsində “Bayıldım” restoranı yaxınlığında qeydə alınıb.
Məlumata görə, “Toyota Prius” markalı minik avtomobili 88 nömrəli avtobusa çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Ancaq avtobusun qapısına ziyan dəyib.
Hadisədən sonra sərnişinlər avtobusdan düşürdülüb və digər 88 nömrəli avtobusa yönləndirilib.