top
Bayram tətilindən sonra adaptasiya prosesi necə olmalıdır? – Psixoloqlardan ÖZƏL AÇIQLAMA
29 mart 2025, 05:48
- ↺ +

Bayram tətilindən sonra adaptasiya prosesi necə olmalıdır? – Psixoloqlardan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bayram tətilləri hər kəsin səbirsizliklə gözlədiyi günlərdir. Bu günlərdə insanlar rahat istirahət edir, qısa müddət də olsa iş stresindən uzaq qalırlar. Bir müddət iş fəaliyyəti ilə məşğul olmadıqda insan rahatlığa alışır. Tətildə hər kəs günü öz istəklərinə uyğun olaraq planlaşdırır.

Bayram günləri istirahət etmək gözəl olsa da, tətildən sonra işə adaptasiya olmaq bir o qədər ətindir. Tətil bitdikdə bu rahatlıq pozulur, günün çox hissəsini işə ayırmalı oluruq. Bir çox insan tətil günlərində gündəlik rejimini pozduğu üçün işə fokuslana bilmir və çox əziyyət çəkir. Tətilin bitməsinə 1-2 gün qalmış artıq hər kəs özünü iş mühitinə alışdırmağa çalışır. Bir çoxları üçün bu asan olsa da, əksər insanlara görə bayramdan sonra işə adaptasiya olmaq olduqca çətin bir prosesidir
Məktəblilər üçün də uzun bayram tətillərindən sonra dərslərə və ümumilikdə təhsil prosesinə adaptasiya olmaq ağır gəlir.

Bəs, görəsən, adaptasiya prosesi necə olmalıdır?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən psixoloq Gülər Məmmədovanın sözlərinə görə, hər bir insan çalışdığını bildiyi təqdirdə həftəsonları istirahət edir:
“Lakin elə insanlar var ki, heç istirahət etmək istəmir. Yalnız işləmək istəyirlər. Elələri də var ki, dincəlməyə daha çox meyilli olurlar. Bayram günlərində evdə oturur, rahatlığı sevir. Bütün günü qonaqlıqlara gedir. Bu insanlara tətil bitdikdən sonra adaptasiya çətin olur. Həyatıboyu belə olub. İnsanlar müəyyən zamanda istirahətdən sonra iş rejiminə alışa bilmirlər. Buna görə də bu, insanların psixologiyasında müəyyən qədər çətinlik yaradır. Yaz fəslidir. Belə havalarda insanlar ancaq istirahət etmək istəyirlər.

Lakin bir şeyi nəzərə almaq lazımdır ki, bəzən insan nə istədiyinin fərqinə vara bilmir. Düşünməlidir ki, işləməsə, daima istirahət etsə, bununla dolana bilərmi? Bu ona rahatlıq verərmi? Əsla. İnsan işləməklə özünü təsdiq edir. Maddiyyatını qazanır. Dincəlməyin də, işləməyin də öz ləzzəti var. İş fəaliyyətində olan zaman intizama uyğunlaşır. Hər şey zamanında və qaydasında olanda, aşırı olmayanda çox rahat olur”.

Psixoloq Aytən Ələkbərli isə qeyd edib ki, tətildən sonra adaptasiya problemi hər zaman rast gəlinəndir:

“Məktəb yaşlı uşaqların müəllimlərindən də asılıdır. İlk olaraq tətildən sonra onları necə qarşılamaları, uşaqların bayram təəssüratını bölüşməsi əsasdır. Esse yazıb yaşadıqarını danışa da bilərlər.

Tətil müddətində işləyən insanların isə yuxu rejimində problem yaranır. İstər-istəməz hər kəs gec saatlarında yatıb, səhər gec oyanır. İşə adaptasiya üçün bir gün öncə yuxu rejiminə artıq diqqət etməlidirlər. Əks təqdirdə müəyyən çətinliklərlə və xoşagəlməz hallarla rastlaşmaq ehtimalı var.
Bayram günlərində çəkdikləri şəkilləri kompüterlərində yerləşdirib, yorğunluq hiss etdikləri zaman işdə fotolarına baxa bilərlər. Adaptasiya o zaman yerini tutacaq. Düzdür, fərdlər fərqlidir. Bəzi fərdlərə görə dəyişikliklər ola bilər. Lakin hər kəs bir-birinə baxıb, adaptasiya ola bilər”.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər