Azərbaycanda yanvarın 7-si axşamdan 8-i gündüzədək ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bakuplus.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan 8-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.