top
Benzin mafiyası o qədər güclüdür ki... – “Lukoil” etiraf etdi: Benzinə su qarışıb
23 dekabr 2024, 09:39
- +

Benzin mafiyası o qədər güclüdür ki... – “Lukoil” etiraf etdi: Benzinə su qarışıb

“Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə daha bir iddia irəli sürülüb.

Avtosfer.az xəbər verir ki, bu iddia ilə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında çıxış edib. Onun sözlərinə görə, şirkətinə məxsus avtomobilə “Şamaxinka”da yerləşən “Lukoil” YDM-dən yanacaq əvəzinə su vurublar.

Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun bildirib ki, yanacaqla bağlı ölkədə ciddi problem yaşanır. Təəssüflər olsun ki, bu sahəyə heç bir qurum tərəfindən nəzarət yoxdur və burada ən çox çətinlik çəkənlərdən biri də elə biznes qurumlarının özləridir.“Yəni xaricdən avtomobil gətirən distribütorlar böyük problemlərlə üzləşirlər. Mənə gələn informasiyalar göstərir ki, alınan yeni nəsil avtomobillərin mühərriki tez bir zamanda sıradan çıxır. Rəsmi distribütor məcbur olur ki, zəmanət müddəti bitənə qədər mühərriki dəyişsin. Nədənsə onlar da səslərin çıxarmağa qorxurlar. Avtomobil distribütorları ilə söhbət etdiyim zaman dəfələrlə demişəm ki, benzin yoxlanılması üçün olan cihazı ictimai təşkilata verin, ondan istifadə edin və sizə məhkəmələrdə kömək edək. Lakin onlar cihazı ictimai təşkilata verməkdən qorxurlar. Bir sözlə, benzin mafiyası o, qədər güclüdür ki, hətta xaricdən avtomobil gətirən distribütorlar risk edib araşdırma aparmaq istəmirlər. Yeni nəsil avtomobillər demək olar ki, Azərbaycan benzininə uyğun deyil. Bir sözlə, yanacaq problemi ciddi problemdir. Qaldı ki, benzin dolduran çənin dibinə su çökməsi, onun vaxtaşırı təmizlənməsi məsələsinə, bunların hamısı sual altındadır. Harada ki, ictimai nəzarət yoxdur, orada həmişə problem yaşanır”.

Eyyub Hüseynov istehlakçılara müraciət edərək bildirib ki, Azad İstehlakçılar Biriliyi olaraq onların hüquqların tam şəkildə qorumağa hazırdırlar: “Bütün hallarda sürücülər avtomobilə yanacaq dolduran zaman kassa çekini saxlasınlar. Avtomobildə bu kimi nasazlıq gördüyü zaman İqtisadiyyat Nazirliyini yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər. Hansı ki, bu qurum heç bir iş görmür. Təsadüfi deyil ki, sentyabrda Prezident İlham Əliyevin fərmanı ilə qurum Prezident Administrasiyasının tabeliyində olan quruma çevrilib. Bəlkə bundan sonra onlara verilən yüksək səlahiyyəti istifadə edib istehlakçılar qorumaq üçün müəyyən işlər görərlər. Bu sahədə istehlakçıların hüquqlarını qoruyan quruma ehtiyac var. Azad İstehlakçılar Birliyi təkdir, yüzlərlə belə təşkilat lazımdır ki, bu vəziyyətə qarşı mübarizə aparılsın”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov isə qeyd edib ki, “Lukoil”də yanacağa su əlavə edilməsi ilə bağlı bir müraciətlə rastlaşmayıb: “Əgər kimsə belə bir halla qarşılaşıbsa təbii ki, müvafiq dövlət orqanına müraciət olunmalı və tədbirlər görülməlidir. Amma hesab edirəm ki, benzinə su əlavə edilməsi ilə bağlı məsələ əsasızdır. Dövlətin müvafiq orqanları yanacağın keyfiyyətinə daima nəzarət edir. Bu baxımdan benzinin keyfiyyəti ilə bağlı hər hansı bir problemin olduğunu düşünmürəm”.

Neft və qaz məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, belə qatqılara daha çox dizel yanacağında rast gəlinir. “Ümumiyyətlə, "neft" sözünün hərfi tərcüməsi yağ deməkdir. Yağ isə su ilə qarışmır. Bu, mümkün deyil. Yəni su benzin, yaxud dizellə qarışdırılıb mühərrikə düşərsə, “qluşitel”də tez-tez partlayış səsləri eşidilir. Bu isə konverzasiya nəticəsində əmələ gəlmiş su molekullarının partlaması və çıxmasıdır. Lakin yanacağa sudan savayı başqa qatqıların qatılması mümkündür. Bunu əsasən, ən çox dizeldə edirlər. Dizelin içərisinə işlənmiş yağları belə qata bilirlər”.

Ekspertin fikrincə, sürücülər belə hallarda mütləq məhkəməyə müraciət etməlidir. “Mən sadəcə bir şeyi başa düşmürəm ki, bu əməllərə əl atan adamlarla bağlı niyə məhkəməyə müraciət edilmirlər? Sürücülər belə hallarla qarşılaşan zaman mütləq şəkildə şikayət ərizəsi verməlidir. Əgər bu kimi hər hansı bir faktda yanacaqdoldurma məntəqəsi təxminən 10 min manat təzminat ödəsə, digərlərinə də dərs olar.
İstehlakçıların hüquqları ilə bağlı bu kimi hallarda istər İnzibati Xətalar, istərsə də Cinayət Məcəlləsində maddələr var. Nəzərə çatdırım ki, yanacağa qatqıların qatılması nəqliyyat vasitələrində ciddi problemlərə səbəb olur”.

Qurumun Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az-a faktı təsdiqləyib. O qeyd edib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub. "Təəssüf ki, belə bir hadisə baş verib. Amma məsələ burada heç bir halda "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Əlbəttə ki, problem olubsa, biz müştərilərimizin bütün suallarına cavab verəcəyik. Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.

Əvvəlcə onu deyim ki, hadisə sosial şəbəkələrdə deyildiyi kimi bizdə 13 nömrəli YDM kimi tanınan, "Şamaxinka" ərazisindəki YDM-də yox, Azadlıq prospektində hamının "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.

Deməli, yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur", - deyə R.Ağayev vurğulayıb.

Sürücüyə dəyən ziyanın müəyyən edilməsi məsələsinə gəlincə isə, o qeyd edib ki, müraciət edən hər kəsin məlumatları yoxlanılır.
"YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir. Bu barədə heç kimin şübhəsi olmasın. "Lukoil" elə bir şirkət deyil ki, öz müştərilərinə benzinlə bərabər su satsın.

Hazırda araşdırmalarımız davam edir. Bu günə kimi bizə 20 nəfər müraciət edib və onların hər birinə kompensasiya ödənilib. Hamısının arayışı, işin görülməsi barədə aktı, servisin arayışı və ödənilən pullar barədə bütün sənədlər toplanılıb.

İndi də texnoloqlarımız hadisə yerində işləyirlər. Lazımi bütün işlər görülür. Eyni zamanda, günahkar şəxslərin müəyyən edilməsi prosesi də gedir",- deyə R.Ağayev bildirib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:32

Dərsliklərə "sağlam qidalanma" mövzusu daxil ediləcək, kadr hazırlığı təkmilləşdiriləcək

Xəbər
Bu gün, 16:56

Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY

Xəbər
Bu gün, 15:30

İlham Mirzəyev xəstəxanadan evə buraxıldı

Xəbər
Bu gün, 14:28

Döşəməni təmizlədikləri bez ilə eskalatorun tutacaqlarını SİLDİLƏR

Xəbər
Bu gün, 12:11

Prezident Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Xəbər
Bu gün, 11:21

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Xəbər
Bu gün, 10:49

Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"

Xəbər
Bu gün, 09:50

Bakıda kişi arvadını iş yerində döydü

Xəbər
Dünən, 21:59

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Xəbər
Dünən, 20:58

Xətaidə pivə zavodundan Xəzərə çirkab su axıdılır? – Araşdırma başladı + YENİLƏNİB

Xəbər
Dünən, 17:53

"Həndbolçularımız işıqsız, suyun olmadığı şəraitdə məşq edirdilər" - Federasiyasının idman direktoru

Xəbər
Dünən, 17:37

Bakıda qolları olmayan körpə doğuldu - Anası İMTİNA ETDİ

Xəbər
Dünən, 16:28

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan TUTULDU - YENİLƏNİB

Xəbər
Dünən, 15:14

Prezident Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbər
Dünən, 14:46

Bakıda kişi ona içmə deyən arvadına badalaq vurdu

Xəbər
Dünən, 13:19

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Xəbər
Dünən, 12:43

Göldən pis qoxu gəlir, əraziyə zibil atılır – Ramanalılar kömək istəyir

Xəbər
Dünən, 10:02

Xalq artisti Aleksandr Şarovski vəfat edib - Mehriban Əliyeva başsağlığı verib

Xəbər
Dünən, 09:23

Bakının Yasamal rayonunda işıq olmayacaq

Xəbər
08 sentyabr 2026, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
08 sentyabr 2026, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
08 sentyabr 2026, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
08 sentyabr 2026, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
08 sentyabr 2026, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Oxşar xəbərlər