Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivində qazın verilişi dayandırılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə adıçəkilən massivdə qaz təchizatında fasilə yaranıb.
Qazın verilişi işlər bitəndən sonra bərpa olunacaq.