Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may massivi, Zəfər küçəsinin sakinləri ötən gün, 21 fevral tarixində susuz qalıblar. Bu haqda Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Bu küçədəki 100-ə yaxın sakin 20 gündür suyun gəlmədiyini deyir.
Aylar öncə sakinlər Xəzər Xəbərin qaynar xəttinə müraciət ediblər. Çəkiliş efirə getdikdən sonra sakinlərin su problemi qısa müddətlik də olsa, həll olunub. Lakin bir müddət sonra sakinlər yenə suya həsrət qalıblar.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, həmin ünvanda problem var idi, su fasilələrlə verilirdi. Həll olunan kimi suyun verilişi də bərpa olunacaq.