Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağaclar kəsilib. Bu haqda bu gün, 23 fevral tarixində Baku.ws məlumat verib.
Yaşıllıqların məhv edilməsi Asəf Zeynallı küçəsində baş verib və insanların narazılıqlarına səbəb olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələ ilə bağlı araşdırma başlanıb.