Paytaxtın Binəqədi rayonu, 1-ci mədəndə yollar təhlükə saçır. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Belə ki, yol nişanlarının olmaması, piyada səkisi ilə avtomobil yollarının ayrılmaması hər gün təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Həmçinin ərazidə təhlükəsizlik kameralarının da yoxluğu məsuliyyətsizliyə səbəb olur.
Rəsmi qurumlar məsələ ilə bağlı bildirib ki, əraziyə baxış keçiriləcək və müvafiq addımlar atılacaq.
[caption id="attachment_96120" align="alignnone" width="640"]
Foto ATV rəsmi Youtube kanalı[/caption]