Binəqədi rayonunun eyniadlı qəsəbəsinin Gülməmməd Ramazanov küçəsində kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
200-ə yaxın ailənin yaşadığı ərazidə illərdir kanalizasiya xətləri problemi var.
“Burada göl var idi. Bütün axıntılar gedirdi gölə. O gölü doldurdular, orada evlər tikildi. İndi bütün axıntılar evlərin altı ilə, qonşuların həyəti ilə gedir”, - deyə sakinlər bildirirlər.
Onlar deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, ancaq heç kim məsələ ilə bağlı bir addım atmır. Problem olmayan ərazilərdə yenidənqurma işləri aparılır, ancaq problemli ərazilərə baxılmır.
“Azərsu”dan bildirildi ki, Binəqədi qəsəbəsində kanalizasiya olmayan ərazilərdə yenidənqurma işləri mərhələli şəkildə aparılacaq.