top
Binəqədi qəsəbəsinin qurtarmayan kommunal problemləri: sakinlər həm yolsuzluqdan, həm də antisanitariyadan əziyyət çəkirlər
05 aprel 2023, 07:03
- ↺ +

Binəqədi qəsəbəsinin qurtarmayan kommunal problemləri: sakinlər həm yolsuzluqdan, həm də antisanitariyadan əziyyət çəkirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Binəqədi qəsəbəsinin şəhid Orxan Cabbarovun adını daşıyan küçəsində yaşayan sakinlər yol və zibil problemindən şikayət edirlər. Bu haqda bu gün, 5 aprel tarixində Space News-a istinadən Bakuplus.az məlumat verir.

Yollar keçilməz olub, bir neçə avtomobil isə batıb, palçıqda qalıb. Qəsəbə sakinləri yolsuzluqdan atrıq 30 ildir əziyyət çəkirlər.

Sakinlər deyirlər ki, dəfələrlə müraciət etsələr də, aidiyyəti qurumlar məsələyə etinasız yanaşıb. Çarəsiz qalan sakinlər çıxış yolunu özləri tapmağa çalışıblar. Öz vəsaitləri ilə gücləri çatan qədər yolları təmir ediblər. Lakin ərazidə kanalizasiya və su şəbəkəsi qurulduğu üçün təmir olunan yollar dağıdılaraq yenidən yararsız vəziyyətə salınıb.

Bu azmış kimi, ərazidə antisanitar vəziyyət hökm sürür. Səbəb isə küçədə zibil qutularının olmamasıdır.

Qəsəbə bələdiyyəsindən bildirildi ki, həmin ərazidə illərdir məişət tullantılarının daşınması siqnal üsulu ilə həyata keçirilir. Zibil yeşiklərinin qoyulmamasına gəlincə isə qurumun əməkdaşı açıqlama verib: “Bir çox küçələr ensiz olduğundan xüsusi təyinatlı maşınlar konteynerləri daşıyıb geriyə qayıda bilmir. Həftənin 2 günü vətəndaşların qapıları bir-bir döyülərək məişət tullantıları ərazilərdən yığılır”.

Binəqədi RİH-dən isə bildirildi ki, rayon ərazisində yenidənqurmaya ehtiyacı olan qəsəbədaxili yolların mərhələli qaydada təmiri ilə bağlı RİH tərəfindən siyahi tərtib edilərək AAYDA-ya göndərilib. O göndərişə isə agentliyin nə vaxt cavab verəcəyi hələlik məlum deyil.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər