Paytaxtın Binəqədi qəsəbəsinin DSK-4 adlanan ərazisində zibil tullantıları, yayılan qoxu, xüsusən də gecə saatlarında sahibsiz itlərin olması ətrafda yaşayanları narahat edir. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.
Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə Binəqədi qəsəbə bələdiyyəsindən bildirildi ki, sakinlərin narazılığından xəbərdardırlar. Sakinlərlə maarifləndirmə işləri aparılıb və bununla bağlı tədbir görülüb. Ərazilərə yaxın yerlərdə məişət tullantılarının atılması üçün qutular qoyulub. Lakin sakinlər bu qutuların uzaqda olmasından şikayət edirlər.
Rəşad İsayev, qəsəbə bələdiyyəsinin sədr müavini: “Tərəfimizdən mənzil kommunal təsərrüfat birliyinə müraciət olunub. Onlar da, biz də əraziyə təcili baxış keçirəndən sonra maksimum səviyyədə problemin aradan qaldırılması, vətəndaşların xahişləri, tələbləri nəzərə alınaraq, məsələnin öz həllini tapması icra olunacaq.
Verilən cavabdan belə məlum oldu ki, sakinlərin problemi tezliklə aradan qaldırılacaq.