Paytaxtın Binəqədi rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.
Xocəsən qəsəbəsində fəaliyyət göstərən beton istehsalı müəssisəsində suyun talanması aşkar edilib. Həmin xəttin ləğv edilməsinə baxmayaraq, obyekt sahibinin şəbəkəyə yenidən özbaşına qoşulduğu məlum olub.
Binəqədi qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən restoran, market, daşınmaz əmlak ofisi və avtoyuma məntəqəsində sayğacdankənar çəkilmiş əlavə xətt aşkar edilib.
Sulutəpə qəsəbəsində kafe və Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, 5-ci şimal küçəsində fərdi yaşayış evində də sudan qanunsuz istifadə halları müəyyən edilib.
Ümumilikdə cari ilin yanvar-mart aylarında sudan qanunsuz istifadə ilə bağlı Binəqədi rayonu üzrə 633 fakt aşkarlanıb, 176.000 kubmetr sərfiyyat bərpa olunub.
[URIS id=96138]