Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən yaşayış binalarının zirzəmisi çirkab su içindədir. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az İTV-yə istinadən xəbər verir.
Adıçəkilən ərazidə yerləşən 2 doqquzmərtəbəli binanın zirzəmisinə daim kanalizasiya suyu axır. Sakinlərin sözlərinə görə, 20 ilə yaxındır vəziyyət belədir. Hər ay ən azı 2 dəfə su zirzəmidən çəkdirilir.
“Binanın arxasındakı ofislər var, mağazalar var. O mağazalardan bütün o kanalizasiya suyunu buraxırlar zirzəmiyə. Yayda iydən, qoxudan dayanmaq mümkün deyil. Yediyimiz yeməkdən belə iy gəlir”, - deyə sakinlər bildirirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildiriblər ki, binanın zirzəmisinin bir hissəsində təmir işləri aparılıb və xətlər dəyişdirilib. Qısa müddətdə zirzəminin qalan hissəsində yığılmış suların çəkilməsi və xətlərin dəyişdirilməsi nəzərdə tutulub