Paytaxtın Binəqədi rayonu, M.Cəlal, 76 ünvanında yerləşən şadlıq sarayının liftində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Aysel” firmasına məxsus “Sonalar Sonası” şadlıq sarayının liftində aparılan yoxlama zamanı məlum olub ki, təhlükəsizlik qaydalarına riayət olunmur və insan həyatı üçün təhlükə yaranır.
Aşkar olunan faktla bağlı liftin istismarı dayandırılıb, sahibkarla profilaktik söhbətlər aparılıb. Yoxlamalar davam edir.